Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 22-dən 28-dək Strasburqda səfərdə olacaqlar. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, nümayəndə heyətinə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri - Parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sevinc Fətəliyeva, Sahibə Qafarova, Vüsal Hüseynov və Sabir Hacıyev daxildirlər.
Sessiya çərçivəsində qurumun Nazirlər Komitəsinin, Daimi Komitəsinin və Bürosunun hesabatları dinləniləcək, Bolqarıstanda keçirilmiş prezident seçkilərinin, Makedoniyada parlament seçkilərinin nəticələri, Avropada media azadlığı və jurnalistlərə qarşı zorakılıq, Qəzzada humanitar böhran, Onlayn media və jurnalistika, Ukraynada demokratiya institutlarının fəaliyyəti, Livanda vəziyyət, Avropanın təhlükəsizliyi, həmçinin regionun stabilliyi üçün risklər və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. Sessiyada Almaniya, Fransa, Finlandiya, Danimarka, Avstriya və Çexiyanın AŞPA qarşısındakı öhdəliklərinin də müzakirəsi nəzərdə tutulub.
Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB