AŞPA həmməruzəçiləri Azərbaycana səfərlərinə dair bəyanat verib

AŞPA həmməruzəçiləri Azərbaycana səfərlərinə dair bəyanat verib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda yanvarın 12-14-də Azərbaycana etdikləri səfərin yekunları ilə əlaqədar bəyanatla çıxış ediblər.

SİA AŞPA-nın rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda həmməruzəçilər qeyd ediblər ki, islahatlar prosesinə yeni təkan vermək və Azərbaycan hökuməti və xalqı ilə dialoqu davam etdirmək vacibdir. Həmçinin, Azərbaycanın ədliyyə sahəsində islahatlarla bağlı Avropa Şurası ilə əməkdaşlığa hazır olmasını alqışlayıblar. Həmməruzəçilər səfərin yekunları barədə məlumatı AŞPA Monitorinq Komitəsinin növbəti görüşlərindən birində təqdim edəcəklərini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə