“Bir mətbuat konfransının tarixi” sənədli filmi təqdim olunub

“Bir mətbuat konfransının tarixi” sənədli filmi təqdim olunub

Bu gün Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə "Bir mətbuat konfransının tarixi" sənədli filminin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra sənədli film təqdim olunub. "Bir mətbuat konfransının tarixi" sənədli filmi 27 il əvvəl Heydər Əliyevin 20 Yanvar faciəsindən sonra Moskvada Azərbaycan nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransına həsr olunub. Sənədli filmin məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur. Ekran işi "Qulp studio" tərəfindən hazırlanıb. Filmdə o dövrün şahidlərinin xatirələri yer alıb. Qeyd edilib ki, Heydər Əliyevin hadisədən bir gün sonra, 1990-cı il yanvarın 21-də nümayəndəliyə gəlib mətbuat konfransı keçirməsi və 20 Yanvar faciəsinin təşkilatçılarına kəskin etirazını bildirməsi, faciəyə ilk dəfə siyasi qiymət verməsi böyük cəsarət və qətiyyət tələb edən addım idi. Hətta Heydər Əliyevə həyatına ola biləcək təhlükəyə görə, arxa qapıdan daxil olmaq təklif edilsə də, o, bundan imtina etdi və açıq şəkildə öz mövqeyini bildiri, xalqımıza başsağlığı verdi. Məhz bu çıxışdan sonra dünya mediası 20 Yanvar faciəsi barəə yazmağa başladı.

Film barədə çıxış edən millət vəkili Musa Qasımlı deyib ki, ekran işi çox uğurlu alınıb: "Əlbəttə, biz heç birimiz istəməzdik ki, xalqımızın tarixində belə bir gün olsun. Lakin biz tarixi dəyişdirə bilmərik. Mən çox istərdim ki, film müxtəlif dillərə tərcümə olunsun və yerli telekanallarda nümayiş etdirilsin".

Millət vəkili Cavanşir Feyziyev bu mətbuat konfransının xalqımızın, dövlətçiliyimizin tarixində mühüm rolu olduğunu, filmin keyfiyyətlə hazırlandığını vurğulayıb.

Sonda çıxış edən müəllif filmin ərsəyə gəlməsindən danışıb və hər kəsə öz təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə