Politoloq: “Sarkisyan baş verəcək xalq üsyanlarının qarşısını ala bilməyəcək” AÇIQLAMA
"Ermənistan işğalçı dövlət, orada hakimiyyətdə olanlar cinayətkar rejimin təmsilçiləri, Ermənistan xalqı isə bu rejimdən əziyyət çəkən, səfalətə sürüklənən xalqdır. Hərbi cani Serj Sarkisyan və onun ətrafındakılar nə xalqı, nə də müflis olmuş dövləti düşünürlər. Onlar öz hakimiyyətlərini nəyin bahasına olursa olsun, qoruyub saxlamağa çalışırlar". Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.
O qeyd edib ki, S.Sarkisyan nazir dəyişikliklərini xalqa islahatlar kimi diqtə eləməyə çalışsa da, cəmiyyət yaxşı başa düşür ki, cinayətkar rejimin rəhbəri öz hakimiyyətini qorumaq üçün ətrafına mənfur siyasətini dəstəkləyən insanlar yığmaq niyyətindədir: "Ona görə S.Sarkisyan baş verəcək xalq üsyanlarının qarşısını ala bilməyəcək. Ermənistan silahlı qüvvələrində olan özbaşınalıq, fərarilik, korrupsiya və s. ordunu çürüdüb. S.Sarkisyan xalqı daha artıq aldada bilməyəcək".
R.Alıyev bildirib ki, Azərbaycanının hər gün daha da güclənməsi, iqtisadi və hərbi gücünün artması, eyni zamanda regionda həyata keçirilən bütün böyük layihələrdə əsas tərəfdaş kimi qəbul olunması Ermənistanı narahat edir. O vurğulayıb ki, Ermənistan əsgərləri Dağlıq Qarabağ uğrunda döyüşmək istəmirlər: "Erməni əsgərlər silahlarını qoyaraq qaçırlar. Onlar yaxşı başa düşürlər ki, Azərbaycan yaxın zamanda öz torpaqlarını işğaldan azad edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB