Millət vəkili: “Bizi haqlı yolumuzdan heç nə döndərə bilməz” AÇIQLAMA

Millət vəkili: “Bizi haqlı yolumuzdan heç nə döndərə bilməz” AÇIQLAMA

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həll olunmasını heç vaxt istəməyib və həmişə ikili siyasət aparıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamaları da bunu göstərdi". Bu fikiriləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

O, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə əlaqədar qəbul olunmuş qətnamələr və qəraraların icra olunmadığını xatırladıb və ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı irəliləyişə nail ola bilmədiyini vurğulayıb: "Rusiya həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Bu ölkə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəmir. Çünki, Dağlıq Qarabağda gərginlik uzandıqca Rusiya Cənubi Qafqazda mövqelərinin möhkəmləndirməsininə imkan əldə edir. Rusiyanın ərazilərinin bir hissəsi başqa dövlət tərəfindən işğal olunsaydı, bu, Rusiyanın daxili işini saymazdınızmı? Bu məsələləri həmişə özlərinin daxili işləri hesab edirlər. Belə olan halda S.Lavrov Azərbaycan ərazilərinin işğaldan azad edilməsini niyə Azərbaycanın daxili işi hesab etmir?! Torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın daxili işidir və bu, bütün beynəlxalq hüquq normalarına uyğundur. Bizi haqlı yolumuzdan heç nə döndərə bilməz. Biz öz güclü ordumuza güvənirik və torpaqlarımızı düşməndən azad edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə