İSESCO Qarabağa dair bəyanat verdi

İSESCO Qarabağa dair bəyanat verdi

Təhsil, Elm və Mədəniyyət məsələləri üzə İslam Təşkilatı (ISESCO) Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinə dair bəyanat yayıb. SİA qurumun saytına istinadən xəbər verir ki, bəyanatda Qarabağın müxtəlif zonalarında atəşkəs rejiminin Ermənistan silahlı qüvvələri tərəfindən pozulması və Azərbaycanla gərginliyin artması pislənilib.

İSESCO Ermənistan Silahlı Qüvvələrinin bu hərəkətini beynəlxalq hüququn kobud şəkildə pozulması və üzv dövlətə qarşı təcavüz kimi qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə