Azərbaycan Prezidentinin Davosda 30-a yaxın görüşü olacaq

Azərbaycan Prezidentinin Davosda 30-a yaxın görüşü olacaq

"Azərbaycan Prezidenti İlham Əliyevin Davosda 30-a yaxın görüşü olacaq. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Facebook" səhifəsində qeyd edib.

"Dünya İqtisadi Forumu Davosda 47-ci toplantısına başladı. Prezident İlham Əliyev ilk gündən görüşlər keçirir və tədbirlərdə iştirak edir. Dövlətimizin başçısının 30-a yaxın görüşü olacaq. Dünya İqtisadi Forumunun əsas qonaqlarından biri Çin Xalq Respublikasının sədridir. Qərb liderlərinin az iştirakı fonunda bu, diqqəti daha çox cəlb edir"- deyə, PA rəsmisi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə