“Boing”in dördüncü piloti da tapıldı 37 ÖLÜ

“Boing”in dördüncü piloti da tapıldı 37 ÖLÜ

Bişkek ətrafında qəzaya uğramış "Boing" təyyarəsinin dördüncü pilotunun meyidi də aşkarlanaraq götürülüb. SİA xəbər verir ki, bu barədə "interfax.ru"ya Qırğızıstanın FHN rəhbəri Kubtabek Boronov deyib. "Pilot Türkiyə vətəndaşıdır. Hazırda onun da tapılmasından sonra qəzada ölənlərin sayı 37 nəfərə çatıb."-deyə Boronov bildirib.

Xatırladaq ki,, Türkiyə aviaşirkətinə məxsus "Boing-747-400" yük təyyarəsi yanvarın 16-da Qırğızıstanın "Manas" aeroportuna eniş edərkən, yaşayış qəsəbəsinin üzərinə düşüb. Son məlumatlara görə, qəza anı təyyarənin dörd nəfər heyət üzvü ilə birgə 30 nəfər insan həlak olub. Ölənlərin əksər çoxluğu qəsəbə sakinləridir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə