Qırğızıstan səfirliyində başsağlığı kitabı açılacaq

Qırğızıstan səfirliyində başsağlığı kitabı açılacaq

Qırğızıstanın Azərbaycandakı səfirliyində Bişkek yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı kitabı açılacaq. Bu barədə SİA-ya Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov məlumat verib. Onun sözlərinə görə, başsağlığı kitabı 17yanvar saat 10:00-dan 17:00-dək, 18 yanvarda isə 10:00-dan 12:00-dək açıq olacaq.

Qeyd edək ki, bu gün səhər Türkiyəyə məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 37 nəfər həlak olub. Təyyarə yaşayış evlərinin üzərinə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə