Millət vəkili: “Erməni qadınlarının orduya cəlb edilməsinin iki səbəbi var” MÜNASİBƏT
"Ermənilər getdikcə daha çox qadını orduya cəlb edirlər ki, bunun da iki səbəbi var. Biri açıqlanır, biri yox". SİA-nın verdiyi məlumata görə, bunu millət vəkili Sahib Alıyev deyib.
Onun sözlərinə görə, ermənilərin getdikcə daha çox qadını orduya cəlb etməsinin açıqlanan tərəfi odur ki, guya haylar da İsrail dövlətində olduğu kimi, ordu-xalq münasibətləri formalaşdırmağa çalışırlar: "Bunun mümkünsüzlüyünü Ermənistanın keçmiş prezidenti Levon Ter Petrosyan da açıqladığından, o haqda nəsə deməyə ehtiyac duymuram. Ancaq Ermənistanın ölkə deyil, hərbi baza gözündə görüldüyü özlərinə də sirr deyil".
Erməni qadınlarının orduda saylarının artmasına gəldikdə isə deputat əlavə edib ki, bu, depopulyasiya ilə bağlıdır: "Belə getsə, bir çox hərbi xuntaların və cinayətkar-terrorçu qruplaşmaların etdikləri kimi, onlar da uşaqları orduya cəlb edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB