Politoloq: "Erməni hərbçilər silahlarını qoyaraq aradan çıxırlar" AÇIQLAMA

Politoloq: "Erməni hərbçilər silahlarını qoyaraq aradan çıxırlar" AÇIQLAMA

"Ermənistan ordusunda fərarilərin sayı artıb. Erməni hərbçilər silahlarını və hərbi geyimlərini qoyaraq, mülki forma geyinib aradan çıxırlar. Komanda heyəti də bu prosesə rəhbərlik edə bilmir. Bu haqda erməni mətbuatında tez-tez yazılar dərc olunur. Fərariliyin qarşısını almaq üçün Emrənistan rəhbərliyi qondarma rejimin rəhbərliyi ilə iclaslar keçirir. Müəyyən yalan vədlər verərək, hərbi intizamı möhkəməndirməyə çalışsalar da, buna nail ola bilmirlər. Çünki Ermənistan ordusunda ciddi çürümə prosesi gedir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Ermənistan ordusunda özbaşınalıq, korrupsiya, köhnə əsgələrin yenilərə əziyyət verməsi, fərarilik və s. kütləvi hal alıb: "Ermənistan ordusunda olanların hamısı kasıb təbəqənin uşalarıdır. Erməni əsgərlər Dağlıq Qarabağ uğrunda döyüşmək istəmirlər. Onlar yaxşı başa düşürlər ki, kimlərinsə siyasi ambisiyalarının qurbanıdırlar. Valideynlər də bunu anlayırlar. Ermənistan cəmiyyətində böyük qarşıdurma var. Cəmiyyətdəki qarşıdurma orduya da təsir edir".

Bütün xəbərlər Facebook səhifəmizdə