“ABŞ münaqişənin sülh yolu ilə həllinə sadiqdir” Həmsədr

“ABŞ münaqişənin sülh yolu ilə həllinə sadiqdir” Həmsədr

"ABŞ hökuməti həmsədr ölkələrin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir". SİA-nın məlumatına görə, bu barədə "armenpress"ə müsahibəsinə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan müvəqqəti həmsədri Riçard Hoqland deyib.

O bildirib ki, münaqişənin həlli yollarının axtarılmasında digər həmkarları ilə birgə sıx əməkdaşlıq etmək niyyətindədir. R.Hoqland əlavə edib ki, Minsk qrupu həmsədrlərinin 9 yanvar tarixli bəyanatında tərəflər güc istifadə etməkdən çəkinməyə, 2016-ci ildə Vyana və Sankt-Peterburqda keçirilmiş sammitlərdə əldə olunan razılaşmalara ciddi riayət etməyə çağırılıb: "İstənilən zorakılıq münaqişənin həllini uzadır və regionun bütün xalqlarına ağrı-acı verir. Əsas məqsədi regionun bütün xalqları üçün sülh və firavanlığı təmin etmək olmalıdır".

Hoqland əlavə edib ki, həmsədrlər tərəflərlə davamlı həllə gətirib çıxara bilən istənilən formatda işləməyə hazırdır: "Biz əsas məsələləri, o cümlədən atəşkəs rejiminə hörmət, Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş razılıqları tam həyata keçirmək istiqamətində addımlar atılmasını müzakirə etmək üçün prezidentləri və xarici işlər nazirlərini ilk fürsətdə görüşməyə çağırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə