"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində Avstriya ilə əməkdaşlığa hazırdır". SİA-nın məlumatına görə, bunu bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç qurumun Daimi Şurasının iclasında deyib.
O, ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsun ATƏT-in regional münaqişələrin həllinə yardım etmək səylərini davam etdirməklə bağlı mövqeyini dəstəklədiklərini söyləyib. Lukaşeviç əlavə edib ki, Avstriya ilə Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin nizamlanması üçün, eləcə də Cənubi Qafqazda təhlükəsizliyə dair Cenevrə müzakirələrinin davamı kontekstində əməkdaşlığa hazırdılar.
Qeyd edək ki, 2017-ci il yanvarın 1-dən ATƏT-ə sədrlik Almaniyadan Avstriyaya keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB