Ermənistanı cəzalandırmaq üçün tədbirlər görülür Müsahibə

Azər Badamov: “Terrorçulardan ibarət olan Sarkisyan rejimi ölü meyitlərlə müharibə aparmağa öyrəşibdir ”
Ermənistanı cəzalandırmaq üçün tədbirlər görülür Müsahibə

Millət vəkili Azər Badamovun SİA-ya müsahibəsi

- Azər müəllim, Ermənistan tərəfi hələ də şəhid azərbaycanlı əsgərin cənazəsini verməkdən imtina edir. Bu bir daha Cenevrə Konvensiyasının, eləcədə beynəlxalq hüquq normalarının Sarkisyan rejimi tərəfindən kobud şəkildə pozulması demək deyilmi?

- Dekabrın 29-da cəbhə xəttidə erməni diversiyi qrupunun hücumunun qarşısını alarkən şəhid olan Azərbaycan əsgərinin cənazəsinin bu günə qədər qaytarılmaması Cenevrə konvensiyasına və beynəlxalq hüquq normalarına tamamilə ziddir. Cenevrə Konvensiyasında qeyd olunur ki, münaqişə zonalarında həlak olmuş insanların meyitlərini qarşı tərəfə 3 gün ərzində qaytarılmalıdır. Çox təəssüf ki, bunun Ermənistana aidiyyəti yoxdur. Ümumiyyətlə Ermənistan beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrinə, beynəlxalq təşkilatların təkliflərinə məhəl qoymur. Əgər belə olmasaydı Azərbaycan əsgərinin nəşinin qaytarılması ilə əlaqədar Qırmızı Xaç Komitəsi və ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə əsgərimizin meyitini qaytarılardı. Dünyada ayrı seçkilik və fərqli yanaşmalar var. Belə fərqli yanaşma olmasaydı beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi qərarlarına və beynəlxalq səviyyədə ölkələrin qoşulduğu konvensiyalara hörmətlə yanaşaraq ermənilərdən onun icrasını tələb edərdilər.

- Ermənistan bu cür qeyri insani vasitələrdən istifadə etməklə nəyə nail olmaq fikrindədir?

- Ermənistan insanlığa yaraşmayan belə vasitələrdən istifadə edərək özünü yazıq kimi göstərmək istəyir. Terrorçulardan ibarət olan Sarkisyan rejimi ölü meyitlərlə müharibə aparmağa öyrəşibdir. Biz bunu Xocalı soyqırımında və Azərbaycanın işğal altına düşmüş ərazilərində meyitlərin necə təhqir olunmasında görmüşük. Ermənilər Azərbaycan əsgərinin meyitindən də qorxurlar. Həm də əsgərimizin meyitini saxlamaqla beynəlxalq ictimaiyyətə demək istəyir ki, bizdə günah yoxdur, təxribatları Azərbaycan tərəfi törədir. Erməni bilmir ki, Azərbaycan tərəfi təxribat törətsə İrəvana gedib çıxacağıq. Düşünürəm ki, vəziyyət belə davam edərsə o günə də çox qalmayıbdır. Amma biz ermənidən fərqli olaraq onda əgər aparan tapılsa erməni cəsədlərini qaytaracağıq.

- ATƏT-in Minsk Qrupu həmsədrləri münaqişə bölgəsinə gələcəklərini bəyan etsələr də azərbaycanlı şəhid məsələsi ortaya çıxdıqdan sonra deyəsən bu məsələ bir qədər arxa plana keçirilib. Burda konkret səbəb axtarmaq mümkündürmü?

- Burda konkret bir səbəb var. O da ATƏT-in Minsk Qrupu münaqişələri həll etmək iqtidarında olan qrup olmamasındadır. Minsk Qrupu bir təşkilat olaraq heç bir təsir gücünə malik deyil. Amma, Minsk Qrupun həmsədr ölkələri ayrı-ayrılıqda məsləyə öz təsirini göstərə bilərlər. Çox təəssüf ki, həmin ölkələr də münaqişəyə ikili standartla yanaşan ölkələrdir və ona görə də illərdir nə Dağlıq Qarabağ münaqişəsi həll olunmur, nə də ki, indi əsgərimizin cənazəsini qaytarmırlar. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişə bölgəsinə gəlməyə üzü yoxdur. Onlar yaxşı bilirlər ki, Azərbaycana gələn kimi əsgərimizin nəşinin qaytarılması ilə ələqadar sorğu suala tutacaqlar. Ona görə də səfərdən yayınıblar. Həmsədrlərə təxribatlar, əsgər ölümləri maraqlı deyil. Onlara maraqlısı gəlib buraları gəzib havanı dəyişməkdir. Bu dəfə isə çətin vəziyyətlə qarşılaşıblar.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə