YAP Xəzər rayon təşkilatı X konfransa hazırlaşır

YAP Xəzər rayon təşkilatı X konfransa hazırlaşır

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının X konfransına hazırlıq işlərinə start verilib. Əvvəlcə rayon təşkilatı Şurasının iclasında konfransa nümayəndələrin müəyyənləşdirilməsi üçün ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi üzrə qrafik, eyni zamanda, konfransa hazırlıq işlərini həyata keçirən məsul şəxslərin siyahısı təsdiq edilib. Qrafikə uyğun olaraq rayon təşkilatının ilk partiya təşkilarında yığıncaqların keçirilməsinə və konfransa nümayəndələrin müəyyənləşdirilməsinə başlanıb.

YAP Xəzər rayon təşkilatından verilən məlumata görə, rayon təşkilatının 124 saylı orta məktəbin ərazi ilk partiya təşkilatında hesabat seçki iclası keçirilib və iclasda ərazi ilk partiya təşkilatın sədri Sevda Abdullayevanın hesabat məruzəsi dinlənilib. Həmçinin ərazi ilk partiya təşkilatının yeni tərkibi və rayon təşkilatının növbəti konfransına nümayəndələr seçilib.

Bundan başqa YAP Xəzər rayon təşkilatının 183 saylı orta məktəbin ərazi ilk partiya təşkilatının da hesabat seçki iclası keçirilib, ərazi ilk partiya təşkilatının sədri Sevda Babalıyeva hesabat məruzəsi ilə çıxış edib. Ərazi ilk partiya təşkilatının yeni tərkibi və rayon təşkilatının növbəti konfransına nümayəndələr seçilib. Eyni zamanda, rayon təşkilatının Valideyin Himayəsindən məhrum olunmuş uşaqların 2 saylı ümumi orta internat məktəbin ərazi ilk partiya təşkilatında hesabat seçki iclası keçirilib. İclasda ərazi ilk partiya təşkilatının sədrinin Dilarə Məşədiyeva hesabat məruzəsi dinlənilərək, ərazi ilk partiya təşkilatının yeni tərkibi və rayon təşkilatının növbəti konfransına nümayəndələr seçilib.

YAP Xəzər rayon təşkilatının məlumatında qeyd olunub ki, ötən müddət ərzində rayon təşkilatı İcra Katibliyinin proqram və təlimatlarına uyğun olaraq səmərəli fəaliyyəti ilə seçilərək, YAP-ın ideoloji xəttinə uyğun olaraq təbliğatını daha da gücləndirib. Hazırda 83 ərazi ilk partiya təşkilatında 6 min 61 nəfər birləşib ki, onların da 2655 nəfərini gənclər, 3715 nəfərini qadınlar təşkil edir. Bütün bunlar onu deməyə əsas verir ki, YAP Xəzər rayon təşkilatının uğurlu fəaliyyətinin əsasında təşkilatın sıralarında birləşən üzvlətrin genişmiqyaslı fəaliyyəti dayanır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə