Astana məhkəməsi Qazağıstanın sabiq iqtisadiyyat naziri Kuanık Bişimbayevin həbs olunması üçün sanksiya verib. SİA xəbər verir ki, bu barədə ölkənin korrupsiyaya qarşı mübarizə milli bürosu məlumat yayıb.
"Yanvarın 12-də Astana şəhərinin Almatinsk rayonunun 2 saylı məhkəməsi Kuandık Bişimbayev barədə həbs qətimkan tədbiri seçib"-deyə büronun mətbuat xidmətinin rəsmi saytında qeyd olunur.
O da bildirilir ki, Bişimbayev dəfələrlə xüsusi böyük məbləğlərdə rüşvət alaraq bir qrup adalmlarla iş birliyində olub.
Qeyd edək ki, Bişimbayev Qazağıstanın milli iqtisadiyyat naziri posruna 2016-cı ilin mayında təyin edilmişdi. Dekabrın 28-də isə o vəzifəsindən azad olunub.
30 dekabr tarixində Qazağıstanın prezidenti Nursultan Nazarbayev bildirib ki, Bişimbayev "Bayterek" holdinqində baş vermiş bir sıra məsələlərə görə vəzifəsindən uzaqlaşdırılıb. Belə ki, adıçəkilən holdinqdə aparılan araşdırmalardan sonra bəlli olub ki, sabiq nazir hələ holdinqə rəhbərlik etdiyi zamanlarda korrupsiya cinayətləri törədib. Bu səbəbdən, o yanvarın 10-da saxlanılıb.
Ötən ilin noyabrında isə "Bayterek" holdinqinin tərkibində yer alan "Bayterek development" şirkətinin top-menecerləri həbs edilmişdi. Onlar da korrupsiya ittihamı üzrə hakim qarşısına çıxacaqlar. Noyabr həbsləri zamanı Bişimbayev mətbuata açıqlamasında demişdi ki, şirkətdə baş verən korrupsiya əməllərindən xəbərsiz olub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB