Politoloq: "2017- ci ilin mürəkkəb il olacağı artıq indidən məlumdur" AÇIQLAMA

Politoloq: "2017- ci ilin mürəkkəb il olacağı artıq indidən məlumdur" AÇIQLAMA

"Bugün hərbi ekspertləri və siyasətçiləri düşündürən suallardan biri dövlətlərin milli maraqlarının təmin edilməsində xaricdəki hərbi bazaların yaradılmasının effektivliyidir. Müasir dünyada bir çox kiçik dövlətlərin öz hücum və müdafiə sistemləri var və bəzilərinin fikrincə artıq xərc çəkib haradasa hərbi baza qurmağa ehtiyyac yoxdur. Lakin özünü supergüc adlandıran və ya dünyada lider olmağa çalışan dövlətlər öz güclərini göstərmək üçün xaricdə hərbi bazalardan istifadə edirlər. Bu gün dünyada ən çox hərbi baza ABŞ-a məxsusdur". Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, bu ölkənin dünyanın ayrı-ayrı nöqtələrində 700-ə qədər hərbi bazası var. Təsəvvür edin ki, Amerikanın xarici ölkələrdə 25 min hərbçisi var: "II Dünya müharibəsindən sonra soyuq dünya savaşı bəhanəsi ilə SSSR və ABŞ arasında dünyanı öz maraq dairələrinə bölmə prosesi başladı və beləliklə Qərbi Avropa dövlətlərində ilk ABŞ bazaları yaradıldı. SSR - nin süqutundan sonra isə Rusiya demək olar kı, xaricdə hərbi baza saxnanılması proyektindən vaz keçdi.

ABŞ ordusunun Avropadakı komandanlığının fikrincə Avropaya əsas təhlükə şimaldan, şərqdən və cənubdan gəlir. İlk iki istiqamətə Rusiyanın Ukraynadakı, Baltikyanı ölkələrdəki və Şimal buzlu okeandakı aqressiv siyasəti aiddir. Cənubdan əsas təhlükə kimi isə, İŞİD başda olmaqla digər terror qruplaşmaları təşkil edir.

ABŞ ordusu Avropada hərbi təlimləri daha tez - tez etməklə bərabər, həm də onların mürəkkəbliyini artırmaq fikrindədir. "Sülhü qorumağın ən yaxşı yolu savaşa hazırlıqdan keçir. Onların əsas hədəfi Avropanı Rusiyadan gələn təhlükədən qorunmaqdır. 2017 – ci ilin ilk günlərindən başlayaraq Şərqi Avropada keçiriləcək NATO təlimləri xəbəri aktual mövzulardan başlıcasına çevrildi. Rusiyanın 2014-cü ildə Ukrayna regionu olan Krımı anneksiyasından sonra ABŞ Avropadakı müttəfiqləri ilə silsilə hərbi təlimlərə başlayıb. Yanvarın 7 – də təlimlər üçün Almaniyanın Bremerxafen portuna 2800 ədəd hərbi texnika, 4 min hərbçi göndərilmişdir. Hərbçilər hərbi texnikalarlar ilə birlikdə Polşa istiqamətinə üz tutacaqlar. Təlimlər zamanı əsas vurğu müştərək operativ reaksiya, rakethücumundan müdafiəyə yönələcək. Bu ikinci dünya müharibəsindən sonra Şərqi Avropaya istiqamətlənən ən böyük ordudur".

Z.Məmmədov əlavə edib ki, ABŞ və Polşa hərbi qüvvələri yanvarın sonlarında Polşada kütləvi hərbi təlimlərə başlayacaqlar. Atlantic Resolve adlanan hərbi təlimlər 10 ay müddətində Polşanın bütün ərazisində təşkil olunacaq: "Şərqi Avropadakı 4 min hərbçi doqquz ay ərzində rotasiya əsasında qulluq edəcəklər, sonra onları digər hərbçilər əvəzləyəcək. Estoniya, Latviya və Litvanın hər birinə min nəfərdən ibarət qoşun göndəriləcək. ABŞ hərbi birliyi fevraldan başlayaraq, hərbi təlimləri Polşa, Baltikboyu dövlətlər, Bolqarıstan, Rumıniya və Almaniyada genişləndirəcək.

NATO ölkələrinin rəsmiləri bu təlimləri və Şərqi Avropaya dörd batalyon göndərilməsini Moskvanın Krımı anneksiyasına və Ukraynanın şərqindəki separatçıları dəstəkləməsinə bağlayırlar. Özəlliklə Baltikboyu ölkələr Rusiyanın növbəti hədəfi olmaqdan çox təlaşlanırlar.

Bu ölkələrə göndərilən hərbi təchizatda 87 M1A1 "Abrams" tankları, 20 "Paladin" artilleriya topları və 136 "Bradley" döyüş tankları var. Paralel olaraq ABŞ – Norveç arasında da hərbi yaxınlaşmanın şahidi oluruq. Beləliklə, yeni başlayan 2017 – ci ilin çox mürəkkəb il olacağı artıq indidən məlumdur".

Bütün xəbərlər Facebook səhifəmizdə