Macarıstan hökuməti bu ölkədə fəaliyyət gstərən və Corc Sorosa məxsus olan bütün qeyri-hökumət təşkilatlarını (QHT) qovmaq niyyətindədir. SİA xəbər verir ki, bu barədə "Budapest Buizhess Journall" nəşrinə Macarıstanın hakim "Fides" partiyasının sədr müavini Silard Nemet danışıb.
Nəşrdə qeyd olunur ki, macar siyasətçisinin sözlərinə görə, rəsmi Budapeşt əlində olan bütün vasitələrdən istifadə edərək, milyarderə məxsus QHT-ləri ölkə ərazisindən çıxaracaq.
"Sorosun saxta QHT-lər imperiyası qlobal kapitalizmin maraqlarına xidmət etdiklərinə görə pul qazanırlar və milli hökumətlərin üzərində nəzarətlərini saxlamaq üçün siyasi korrektə prinsiplərini əsas tuturlar"-deyə hakim "Fides" partiyasının sədr müavini Silard Nemet Sorosa məxsus qeyri-hökumət təşkilatlarının bundan sonra Macarıstan ərazisində fəaliyyət göstərməyəcəyini qəti şəkildə vurğulayıb.
Xatırladaq ki, Corc Sorosa aid olmuş və Azərbaycanda fəaliyyət göstərmiş Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun Bakı ofisi də 2011-ci ildə bağlanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB