Politoloq: “Avropa siyasi mühiti Ermənistanı rədd etdi" MÜNASİBƏT

Politoloq: “Avropa siyasi mühiti Ermənistanı rədd etdi" MÜNASİBƏT

"2016 –cı il Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın diplomatik və hərbi aktivliyin tarixi maksimuma çatması, Ermənistanın təslimçilik əhval-ruhiyyəsi ilə xarakterizə olunur". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, ilin əvvəlində Azərbaycan tənzimlənmənin siyasi-diplomatik, Ermənistan isə hərbi inkişaf yolunu aktivləşdirdi:

I. AŞPA-da Azərbaycanın təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsi barədə iki qətnamənin geniş müzakirəsi və onlardan birinin qəbulu. Ermənistanın bütün dövlət resursları və dünya erməniliyi AŞPA-da o iki qətnamənin qəbul edilməsinin əleyhinə yönəlsə də, Avropa siyasi mühiti Ermənistanı rədd etdi, balans mövqeni seçdi.

II. Ermənistan ordusu "statik müdafiə" konsepsiyasından imtina edib, "Ram edilmə, cilovlanma" sisteminə keçdi. Ermənistan miqdar disbalansını neytrallaşdırmağın keyfiyyətli həllini reallaşdırmaq niyyətində idi. Ermənilər belə hesab edirlər ki, bu vaxta qədər Azərbaycan ordusunun açdığı atəşlərə Ermənistan ordusu cavab vermirdi. Bu Azərbaycanda erməni ordusunun gücünün zəif olması təsəvvürünü yaradıb. Bundan sonra erməni ordusu Azərbaycan ordusunun hərəkətlərinə qarşı elə cavab verəcək ki, Azərbaycan ordusu bir daha erməni ordusuna tərəf atəş aça bilməyəcək.

Dörd günlük aprel döyüşləri:

I. Ermənistanın daxili və xarici siyasətində sistemsizliyi və çaşqınlığı üzə çıxardı:

ı. Qısa müddət ərzində S.Sərkisyan müharibə ilə bağlı mövqeyini üç dəfə dəyişdi: a). Azərbaycan qoşunları aprelin 1-dəki vəziyyətinə qayıtmalıdır. b). Atəşkəs müqaviləsi Azərbaycanla Dağlıq Qarabağ arasında imzalanmalıdır.

2. Prezident S.Sərkisyan müxalifətçilərin dediyi ərazidən də çox ərazinin itirildiyini etiraf etdi. Bu əraziləri heç bir strateji əhəmiyyəti olmayan ərazilər adlandırdı.

3. Erməni hərbçiləri Dağlıq Qarabağda Beynəlxalq Qırmızı Xaç Komitəsinin və ATƏT təmsilçilərinə hədə gələrək onların fəaliyyət planını poza bildilər. Meyitlərin mübadiləsi prosesi bir neçə dəfə dayandırıldı.

4. "Sasna srer" hadisəsi (iyun ayında bir qrup silahlı müxalifətçi polis bölməsini girov götürməsi və onun nəticələri) və digər multiplikasion effektlər.

5. Ermənistanın ictimai-siyasi mühiti Dağlıq Qarabağ məsələsində Rusiyanı düşmən, ABŞ-ı isə xilaskar rolunda gördülər.

Azərbaycanın planlı erməni təxribatına cavabı və bu cavab üzərində qurulmuş siyasi aksiya idi. Digər siyasi aksiyalardan fərqli olaraq bunu hərbçilər reallaşdırdı.

Azərbaycan:

- təkbaşına siyasətinin və hərbi quruculuğunun hesabına qalib gəldi.

- hərbi-coğrafi mövqeyini xeyli yaxşılaşdırdı. Əldə olunan ərazilər və yüksəkliklər Ermənistan üçün daha ciddi məğlubiyyətləri qaçılmaz edib.

- keçmiş DQMV-nin inzibati ərazisinə daxil olan Ağdərənin bəzi ərazilərini öz nəzarətinə qayıtardı. Bu danışıqlar prosesində Kəlbəcər və Laçınla əlaqəli müzakirələrdə Azərbaycan üçün əlavə siyasi-coğrafi arqumentdir.

- Rusiya, KTMT xofu dağılmağa başladı.

- Dünyanın Ermənistana yardım edəcəyi ilə bağlı mif dağıldı.

Azərbaycan Prezidenti İlham Əliyev:

- Dağlıq Qarabağa Azərbaycanın tərkibində Muxtar Respublika statusu veriləcək. Bu həm siyasi iradə, həm diplomatik hücum, həm ATƏT MQ-yə ciddi təzyiq mexanizmi, həm də Azərbaycanın Sankt-Peterburq görüşündə əldə olunmuş razılaşmaların inkarı idi.

- Ermənistan prezidenti ilə görüşə hazır olduğunu bildirdi.

- ön xətdə, o cümlədən aprel döyüşləri zamanı işğaldan azad edilmiş Lələ təpədə oldu. Prezident cəbhə xəttinin 50 metrliyinə qədər yaxınlaşdı.

Ermənistan prezidenti S.Sərkisyan:

- "Dağlıq Qarabağ əhalisi" terminini işlətdi. Dağlıq Qarabağın əhalisi Dağlıq Qarabağ azərbaycanlıları ilə Dağlıq Qarabağ ermənilərin məcmusudur;

- Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün nəzərdə tutulan Helsinki Yekun Aktının üç prinsipinin ardıcıllığını ATƏT-in sənədlərində göstərildiyi kimi sadaladı;

- "Millətlərin öz müqəddəratını təyinetmə" terminindən deyil, Helsinki Yekun Aktında yazıldığı kimi "Xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə" terminindən istifadə etdi;

- Ermənistan Dağlıq Qarabağ ətrafındakı bütün ərazilərin Azərbaycana qaytarmasına razılıq verdiyini bildirdi. Amma müqavilənin birinci maddəsində Dağlıq Qarabağ əhalisinin öz statusunu müəyyən etməsinin qaydası yazılmalıdır.

- Dağlıq Qarabağ ətrafındakı əraziləri Dağlıq Qarabağın statusunun müəyyən olunması barədə qeyri-müəyyən referendumla dəyişməyə hazır olduğunu bəyan etdi.

- Dağlıq Qarabağın statusuna dair referendumun iştirakçılarının tərkibi və gündəliyi mövzusunu müzakirəyə çıxardı. Dağlıq Qarabağda referendum təkcə ermənilər arasında keçirilməyəcək. Referendumda Dağlıq Qarabağ erməniləri ilə yanaşı Dağlıq Qarabağdan deportasiya olunmuş azərbaycanlılar da iştirak edəcək.

- "Ordu, əhali və "DQR"-in vətəndaşları daha çətin vaxtlara hazır olmalıdır" çağırışını etdi.

- "Ordunun ehtiyacı böyükdür. Bu ehtiyacı dəyərləndirmək lazımdır. Çünki bizim imkanlarımız hüdudsuz deyil. Bütün məsələləri və problemləri həll edə bilmərik. Ona görə ehtiyacı dəyərləndirmək zəruridir. Baxmaq lazımdır onlardan hansı birinci dərəcəlidirsə, onları həll etmək lazımdır" bəyanatını verdi.

Eks-prezident Levon Ter-Petrosyan "Madrid-Kazan-Lavrov" variantını açıqladı: Prezident S.Sərkisyan sadalanların variant deyil, versiya olduğunu bildirdi. S.Sərkisyanın ikinci əks-arqumenti isə "hansısa bir şey razılaşdırılmayıbsa deməli bütün sənəd razılaşdırılmayıb" prinsipini yada salması oldu.

BMT Baş Assambleyası Azərbaycanın təklif etdiyi "İtkin düşən şəxslər" qətnaməsini qəbul etdi. ATƏT MQ ölkələrinin ATƏT-in sammitində iştirak edən nümayəndə heyətlərinin başçılarının yaydığı bəyanatda Beynəlxalq Qırmızı Xaş Komitəsi ilə itkin düşənlər barədə məlumatların mübadiləsi məsələsi ardıcıllıqla birinci yerdə verilib.

İranla Dağlıq Qarabağ erməniləri arasındakı əlaqələr aşkar üzə çıxdı. Dağlıq Qarabağ ermənilərinin idman komandası və Dağlıq Qarabağdan olan erməni jurnalist dəvət əsasında İranda oldular. Erməni Apostol kilsəsinin Tehran

yeparxiyasının başçısı Sepux Sərkisyan 4 günlük aprel döyüşlərindən sonra Dağlıq Qarabağa gəldi. Bako Saakyan Sepux Sərkisyana daimi yardım üçün minnətdarlığını bildirdi.

Azərbaycan ordusu qoşunların təmas xəttini Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan hissəsini və Xəzər dənizinin Azərbaycan sektorunu əhatə edən geniş miqyaslı iri hərbi təlim keçirdi.

Azərbaycanın İsraildən "Dəmir günbəz" alması aktiv müzakirə mövzusu olaraq qalmaqdadır. "Dəmir günbəz" Ermənistanın raketlərini tuta bilməz. O ancaq kustar üsulla hazırlanmış raketləri tuta bilər.

Rəsmi Bakı şirkətləri Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən 20 xarici dövlətə xəbərdarlıq etdi.

"Hayastan" fondunun keçirdiyi telemarafonda 15 milyon 428 min 777 dollar pul yığıldı və ya vəd verildi.

Bu il "DQ-nin prezidenti" Bako Saakyan telemarafonun işində iştirak etmədi. RF, Fransa və ABŞ öz ərazilərinə buraxmadılar. Onun Belçikaya səfərini məhz Azərbaycan tərəfi dayandırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə