Suriya səmasında Rusiya-ABŞ intriqası Amerikalılar kənara çəkilir

Suriya səmasında Rusiya-ABŞ intriqası Amerikalılar kənara çəkilir

"Rusiyaya məxsus Hərbi Kosmik Qüvvələrin təyyarələri Suriya səmasında ABŞ təyyarələrinə təhlükəli dərəcədə yaxınlaşırlar". SİA xəbər verir ki, bu barədə"The Wall Street Journal" nəşri amerikalı pilotlara istinadən məlumat yayıb.

Qeyd olunur ki, hazırda Suriyada Rusiya və ABŞ arasında hava məkanının istifadəsi üçün birgə razılıq əldə edilib. Lakin amerikalı təyyarəçilərin sözlərinə görə, "rusiyalılar ya bu barədə xəbərsizdirlər, ya da bu razılaşmanı rədd edirlər".

General Çarlz Korkoran deyib ki, Rusiya pilotları çox nadir hallarda səs bağlantısına qoşulurlar. Bununla yanaşı, kosmik qüvvələrə məxsus təyyarələr tanınma siqnalları verməməklə beynəlxalq protokolları pozmuş olurlar.

Eyni zamanda davamlı şəkildə hər iki ölkənin hərbi təyyarələri arasında təhlükəli yaxınlaşmalar baş verir ki, amerikalılar belə olan vəziyyətdə qəza törətməmək üçün kənara çəkilirlər.

İddia ilə bağlı Rusiya Federasiyasının müdafiə nazirliyi "The Wall Street Journal"ın sorğusunu cavablandırmayıb, eləcə də digər mənbələrdə də eyni informasiyanın yayılması təsdiq edilməyib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə