Tahir Mirkişili: " SƏS" qəzeti 26 il ərzində böyük və mübarizə ilə dolu yaradıcı bir yol keçib" AÇIQLAMA!

Tahir Mirkişili: " SƏS" qəzeti 26 il ərzində böyük və mübarizə ilə dolu yaradıcı bir yol keçib" AÇIQLAMA!

""SƏS" qəzeti 26 il ərzində böyük və mübarizə ilə dolu yaradıcı bir yol keçib. Azərbaycanın bütün keşməkeşli və inkişaf mərhələlərinin şahidi olan və bu mərhələləri peşəkarcasına öz səhifələrində işıqlandıran "SƏS" qəzeti ölkəmizdə informasiya bolluğunun və azadlığının yaranmasına mühüm rol oynayıb".

Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili bildirib.

O qeyd edib ki, mətbuat tariximizdə "SƏS" xüsusi səhifələr açıb: "Dürüst və peşəkar informasiya yaymağın innovativ üsullarından istifadə edərək "SƏS tv" və SİA internet agentliyini yaratmaqla "SƏS" qəzeti kollektivi həm də müasir dünyanın çağırışlarına uğurla cavab verirlər. "SƏS" qəzeti kollketivini təbrik edirəm, bu yaradıcı, innovativ fəaliyyətlərində uğurlar arzu edirəm!".

Bütün xəbərlər Facebook səhifəmizdə