"2016-cı il dünya siyasətində ağır il olub. Xüsusilə də geopolitikada ABŞ-Rusiya arasında olan münasibətlər, Suriya məsələsində Rusiyanın önə keçməsi, eləcə də ABŞ-ın Rusiyaya sanksiya tətbiq etməsi kimi məsələləri qeyd etmək olar". SİA-nın xəbərinə görə, bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, dünyada baş verənlər iqtisadiyyata da böyük təsir göstərib: "Maliyyə böhranı bütün dünyanı bürüyüb. Bu böhranla ən böyük mübarizə aparan ölkə başçısı Azərbaycan prezidentidir. Ölkə başçımızın bu istiqamətdə atdığı addımları beynəlxalq aləmdə düzgün qiymətləndirilir. Bura Dünya Bankı və Beynəlxalq Valyuta Fondu və digərləri daxildir. Hansıki vaxtilə bizi tənqid edənlər bu məsələdə ədalətli mövqedən çıxış etdilər. Əminəm ki, bu addımlar sayəsində ötən ilki geriləmənin qarşısı alınacaq". Politoloq qeyd edib ki, 2016-cı ildə ölkəmizdə maliyyə sıxıntısı olsa da xarici siyasətdə əldə olunan uğurlar tarixi maksimuma çatdı: "Bura ABŞ prezidenti Barak Obamanın nüvə təhlükəsizliyi məsələsində Azərbaycana ayırdığı yer daxildir. Ötən il Azərbaycan- Rusiya münasibətlərində dinamizm müşahidə edilib. Bütün xarici istiqamətlərimizdə uğurlarımız var. Lakin ən çox uğur qazandığımız dövlət İrandır. Tarixin elə dövrü gəlib çıxdı ki, İran Azərbaycandan pul istədi. İranda Azərbaycana vaxtilə xırda dövlət kimi baxılırdı. Lakin İran dəmiryolunun tikintisi ilə bağlı Azərbaycan onlara pul verdi bizim uğurumuz isə həmin dəmiryolunun ölkəmizdən keçməsidir. Bundan başqa Azərbaycan-Rusiya-İran formatının yaradılması ötən ilin mühüm hadisəsi idi. Bu format hər üç ölkə üçün iqtisadi mənbədir. Şimal-Cənub marşrutu Azərbaycandan keçəcək. Azərbaycan nəqliyyat sahəsində qovşaq dövlətə çevrilir". M.Əhmədoğlu söyləyib ki, Ölkəmizin daxilində sıxıntılar olsa da xarici siyasətdə tarixin maksimumlarını yaşamışıq. Əminəm ki bu digər illərdə davam edəcək". M.Əhmədoğlu söyləyib ki, 2016-cı ildə Ermənistanda isə bütün sahələr üzrə geriləmə olub: " Onlarda ən böyük dinamika xarici borclarının artmasıdır. Demək qısa müddətdə Ermənistanda vəziyyət daha da gərginləşəcək. Orada baş verən vacib məsələ dövlət müstəqilliyini məhdudlaşdırılması ilə bağlı atılan addımlardır. Bu məsələ orada yalnız kiçik qrupun etirazına səbəb oldu. Rusiyanın Ermənistanı xilas etmək imkanı yoxdur. Rusiyanın XİN başçısı da bildirdi ki, Ermənistan sosial iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün Türkiyə ilə münasibətləri yaxşılaşdırmalıdır. Bu, həm də Dağlıq Qarabağ münaqişəsinin açardır. Belə ki, Ermənistan Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün ilk növbədə münaqişənin həllinə dair addım atmalıdır və daha sonra qardaş ölkə ilə münasibətlərini yaxşılaşdırmaq imkanı qazana bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB