Politoloq: “Rusiyanın Azərbaycanla bağlı mövqeyində dəyişiklik var” AÇIQLAMA

Politoloq: “Rusiyanın Azərbaycanla bağlı mövqeyində dəyişiklik var” AÇIQLAMA

"2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev çıxışında İrəvanın Azərbaycana məxsusluğunu gündəmə gətirdi və onun icarəyə verildiyini dedi. Ardınca dövlət başçımız Zəngəzurun icarə verildiyini bildirdi. Onun da icarə müddəti artıq tamam olur. Dünya praktikasında belə bir tendensiya var ki, icarəyə verilmiş torpaqlar müddət başa çatdıqda mülk sahibinə qaytarılmalıdır". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, Rusiyada Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlı petisiya dövlətin xəbəri olmadan hazırlana bilməz: "Zəngəzurun Azərbaycana qaytarılması məsələsinin Rusiyada gündəmə gətirilməsi bu dövlətin təhlükəsizlik orqanlarının xəbəri olmadan mümkünsüzdür. Rusiya sözügedən məsələni Ermənistanı kücə sıxmaq üçün gündəmə gətirib. Yeni seçilmiş Dumanın tərkibində kifayət qədər Azərbaycanı sevən insanlar var. Təklif ruslar tərəfindən irəli sürülübsə, bu məsələ Dumada müzakirə oluna bilər. Ancaq qərarın qəbul olunub-olunmayacağını deyə bilmərəm. Bu onu göstərir ki, Rusiyanın Azərbaycanla bağlı mövqeyində dəyişiklik var".

O qeyd edib ki, Rusiyada Zəngəzurun Azərbaycana qaytarılması ilə yanaşı, ermənilərin Moskva metrosunda törətdikləri terrorun 40 illiyinə həsr olunmuş petisiya da yaradılıb. Politoloq bütün Azərbaycan sevənləri hər iki petisiyanın imzalanmasında fəal olmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə