"Yeni həmsədr danışıqlara konstruktiv elementlər gətirə bilər" AÇIQLAMA
"Həmsədrlər diplomatik nümayəndələrdir və onlar yolu ilə dəyişdirilir. Amerikalı həmsədrin də səlahiyyət müddəti başa çatdığı üçün yenisi ilə əvəz edilib". Bunu SİA-ya politoloq İlqar Vəlizadə açıqlamasında deyib.
Politoloq bildirib ki, burada əsas məsələ həmsədrlərin dəyişməsi deyil, ümumiyyətlə son illər ərzində ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir addım atmamasıdır: "Artıq neçə ildir ki, onlar problemin həllində aparıcı rol oynamırlar. Minsk qrupu fəaliyyətinin əvvəlində daha maraqlı ideyalarla çıxış edirdisə, son vaxtlar onlar sadəcə olaraq öz həmsədrlik mandatlaını həyata keçirməklə məşğuldurlar. Artıq heç bir təşəbbüskarlıq yoxdur. Ona görə də, problemin həlli ilə bağlı heç bir addım atılmır".
Yeni həmsədrin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirinə gəlincə, politoloq qeyd edib ki, Riçard Hoqlandın müvəqqəti həmsədr təyin olunmasının erməni tərəfindən mənfi qarşılanması o deməkdir ki, yeni həmsədr məsələyə obyektiv yanaşır: "Bu baxımdan düşünürəm ki, yeni həmsədr münaqişənin həlli ilə bağlı danışıqlara konstruktiv elementlər gətirə bilər. Bununla bağlı təcrübəmiz də var. Misal üçün Metyu Brayza amerikalı həmsədr olan zaman daha çox konstruktiv təşəbbüslərlə çıxış edirdi. Hansı ki, onlar Azərbaycan tərəfindən müsbət qarşılanırdı. Bu baxımdan düşünürəm ki, yeni həmsədrin yaxşı mənada təşəbbüskarlıq elementləri danışıqlar prosesində özünün göstərəcək".
Qeyd edək ki, ABŞ ATƏT-in Minsk Qrupunda özünün müvəqqəti həmsədrini təyin edib. Belə ki, müvəqqəti olaraq bu vəzifəni Riçard Hoqland icra edəcək.
Məlumat üçün nəzərinizə çatdıraq ki, bundan əvvəl ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsdəri Ceyms Uorlik idi. Onun səlahiyyət müddəti dekabrın 31-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB