Penitensiar xidmətin rəhbərliyi məhkumları təbrik edib

Penitensiar xidmətin rəhbərliyi məhkumları təbrik edib

31.12.2016-cı il tarixdə Penitensiar xidmətin rəis müavinləri ədliyyə polkovniki Oqtay Məmmədov, ədliyyə polkovniki Məhərrəm Qafarov və Əməliyyat-rejim idarəsinin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov yeniyetmə məhkumların saxlanıldığı Tərbiyə və qadın məhkumların cəza çəkdikləri 4 saylı müəssisələrə baş çəkiblər.

SİA-nın məlumatına görə,tərbiyə olunanların və qadın məhkumların saxlanma şəraitinə baxış keçirilib, müəssisələrin fəaliyyəti ilə tanış olunmuş, cəza çəkənlərin qəbulu aparılıb, müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Hər iki müəssisədə şəxsi heyət və xüsusi kontingent qarşısında çıxış edən ədliyyə polkovniki O.Məmmədov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə ədliyyə naziri, birinci dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun və nazir müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənovun bayram təbriklərini çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə