İtaliya polisi Berlində 12 nəfərin ölümü ilə nəticələnən terror aktının tunisli icraçısı Anis Amrinin İtaliyada yaşadığı ehtimal edilən evində axtarışlar aparıb. SİA "Le Figaqo"ya istinadən xəbər verir ki, italyan polislərin xüsusi əməliyyatı paytaxt Romadan cənub-şərqdə yerləşən Apriliya şəhərində baş tutub.
Axtarışların nəticəsi barədə ictimaiyyətə dəqiq məlumatlar verilməsə də, polis araşdırmalardan sonra rəsmi informasiya verəcəyini bildirib.
Xatırladaq ki, ötən həftə tunisli Anis Amri Polşa dövlət nişanlı yük avtomobili ilə Berlində yeni il yarmarkasına toplaşmış kütlənin üzərinə yüksək sürətlə hərəkət edib. O, həmin avtomobilin sürücüsünü də qətlə yetirib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB