Aİ Azərbaycanla viza liberallaşdırılması üzrə danışıqlara başlaya bilər

Aİ Azərbaycanla viza liberallaşdırılması üzrə danışıqlara başlaya bilər

Avropa Komissiyası Avropa Xarici Əlaqələr Xidməti ilə birgə "Şərq tərəfdaşlığı: əsas prioritetlər və gözləntilər" adlı işçi sənəd hazırlayıb. SİA-nın məlumatına görə, sənəddə 2020-ci ilədək Şərq Tərəfdaşlığı proqramı ölkələri ilə əlaqələrinin inkişafına dair bəndlər yer alıb.

Sənəddə rəqəmsal iqtisadiyyatın inkişafı, yaxşı idarəçilik və ədliyyə sahəsində islahatlar, korrupsiya ilə mübarizə tədbirlərinin gücləndirilməsi, həmçinin insanlar arasında əlaqələrin inkişafına dair məqamlar yer alıb. Sənəddə qeyd edilib ki, Avropa İttifaqlı 2017-ci ilin noyabrında keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə qədər Azərbaycanla yeni əməkdaşlıq razılaşması üzrə danışıqlara başlamağı planlaşdırır. O da vurğulanıb ki, 2017-ci ildə şərtlər uyğun olarsa, viza liberallaşdırılması üzrə danışıqların başlanması mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə