Dənizə düşənlərin fraqmentləri aşkarlanıb TU-154

Dənizə düşənlərin fraqmentləri aşkarlanıb TU-154

Rusiyanın hərbi kosmik qüvvələrinə məxsus Tu-154 sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə həlak olanlara məxsus daha bir neçə fraqmentlər aşkarlanıb. SİA xəbər verir ki, bu barədə "interfax.ru"ya fövqəladə hallarla bağlı qərargahın məlumatlı mənbəsi deyib.

"Qalıqların yuxarıya qaldırılması işi davam edir. Dörd-beş nəfər həlak olmuş şəxsin fraqmentləri də aşkar olunaraq götürülüb."-deyə mənbə bildirib.

Bundan əlavə, qəza yerində laynerin bir neçə böyük hissəsi də tapılıb. Mənbə bu qalıqların da suyun üzərinə qaldırıldığını deyib.

Xatırladaq ki, müdafiə nazirliyinin hərbi hava qüvvələrinə aid mütəxəssisləri bazr günü Qara dənizə düşən təyyarədən aşkar edilmiş səs yazısında araşdırmalar apararaq prioritet kimi pilotun idarəetmədə kobud səhvə yol veməsi versiyası üzərində dayanıblar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə