Türk əsgərləri yandırılıb ya yox? XƏBƏRDARLIQ+VİDEO

Nurman Kurtulmuş: “Mediadakı bəzi dostlar da özlərini yığışdırsınlar”
Türk əsgərləri yandırılıb ya yox? XƏBƏRDARLIQ+VİDEO

"Bu videogörüntülər ilə bağlı Türkiyə Silahlı Qüvvələri (TSQ) və Milli Müdafiə Nazirliyi (MMN) tərəfindən dəqiqləşdirilmiş bir məlumat yoxdur". SİA xəbər verir ki, Türkiyə hökumətinin rəsmi sözçüsü, baş nazirin müavini Nurman Kurtulmuş "İŞİD" tərəfindən yandırıldıqları iddia edilən türk əsgərlərinin videogörüntüləri barədə hökumətin nə qədər informasiyaya mailk olub-olmaması ilə bağlı bu saatlarda nazirlər kabinetinin toplantısında səsləndirdiyi ifadələrində vurğulayıb.

Baş nazirin müavini deyib ki, bu cür terror təşkilatları dünyanın ən alçaq mexanizmləridir.

Nurman Kurtulmuş sözügedən videogörüntü ilə bağlı media nümayəndələrini, jurnalistləri də qınayaraq, bu kimi dəqiqləşdirilməmiş xəbərlərin sosial şəbəkələrdə yayılması pisləyib və xəbərdarlıq edib: "Hər hansı bir video yayımlayaraq xalqı panikaya sürükləmək istəyirlər. Mediadakı bəzi dostlar da özlərini yığışdırsınlar. Xüsusilə, sosial media məsuliyyətsizliklə yayımlanma ediləcək yer deyil".

"Türk xalqının ruhunu pozmağa cəhd etmək vətənsevərlik deyil"-deyə vurğulayan baş nazirin müavini qeyd edib ki, bənzər videolar xalqı qorxutmağa yönəlmiş planın tərkib hissəsidir.

Videoya bu linkdən baxa bilərsiniz:

http://www.hurriyet.com.tr/son-dakika-kayip-askerlerle-ilgili-numan-kurtulmustan-aciklama-40318868

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə