Arzu Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edəcək

Arzu Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 18.01.2017-ci il tarixdə saat 10:00-da Xidmətin Mingəçevir şəhər şöbəsinin inzibati binasında Gəncə, Mingəçevir şəhərlərinin, Goranboy, Göygöl, Daşkəsən və Samux rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.

SİA-nın məluamtına görə, qəbula yazılmaq istəyən vətəndaşların 16.01.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon, şəhər şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Bütün xəbərlər Facebook səhifəmizdə