DQİDK sədri: “Media dini radikalizmə qarşı mübarizədə mühüm rol oynayır” AÇIQLAMA
"Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) qarşısında duran birinci vəzifə dini radikalizmə qarşı mübarizədir. Bu mübarizə bütün cəmiyyət və dövlət qurumları tərəfindən aparılmalıdır". SİA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Qurum rəsmisinin sözlərinə görə, media da dini radikalizmə qarşı mübarizədə mühüm rol oynayır: "Digər dövlət qurumları da, QHT-lər də dini radikalizmə qarşı mübarizədə fəaliyyət göstərirlər. Dini radikalizmə qarşı mübarizə bir günün işi deyil. Bu davamlı və ardıcıl olmalıdır. Hüquq-mühafizə orqanları ilə birgə tədbirlər planı hazırlanıb və bu plan çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir".
Mübariz Qurbanlı əlavə edib ki, dini radikalizmə qarşı mübarizə daha mühüm əhəmiyyət kəsb edr, çünki dini radikalizmin başqa dövlətlərdə törətdiyi fəsadları görürük: "Bu gün dünyanın 40-a qədər ölkəsində münaqişələr mövcuddur. Statistikaya görə, son illərdə dünyada 60 minə qədər terror hadisələri törədilib ki, burada da 100 minlərlə insan həlak olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB