Yeni il ərəfəsində Ermənistanda bir sıra məhsulların qiymətlərində artım baş verib. SİA-nın məlumatına görə, bu barədə "tert.am" saytına "İsehlakçıların məsləhət Mərkəzi"nin sədri Karen Çilingəryan danışıb. Qeyd edilir ki, qiymət artımı xüsusilə meyvələrin, tərəvəzlərin eləcə də digər bostan bitkilərinin satışında nəzərə çarpıb. Eləcə də digər məhsullarda da qiymət artımı müşahidə olunur.
Erməni eksperti yazır ki, ötən ilin analoji halında Ermənistanda meyvə və tərəvəzlər və s. bağ-bostan bitkiləri 5-10% artmışdı. Son 2-3 ayda isə bu dərəcə 100%-lik həddi aşıb. Məsələn, alma və armud satışındakı qiymətlər də bunu göstərir.
Yeni il bəzəklərinin qiymətləri isə 10-20-50% civarında artıb. Çilingəryan bu cür qiymət artımının sadə xalq üçün normal bayram deyil, qara bayram olduğunu da iztehza ilə vurğulayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB