Əli Həsənov: "Ermənilərin saxtakarlığını üzə çıxarmaq üçün çox iş görməliyik" MÖVQE

Əli Həsənov: "Ermənilərin saxtakarlığını üzə çıxarmaq üçün çox iş görməliyik" MÖVQE

"Bu gün böyük geosiyasi dairələr yeni müstəqillik qazanmış ölkələrin dünyada təbliğinə bilərəkdən çətinliklər yaradırlar ki, bu ölkələrin tarixi saxtalaşdırılsın". SİA-nın xəbərinə görə bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin 3 dildə istehsal etdiyi "İrəvan - gizlədilmiş həqiqətlər" sənədli filminin təqdimat mərasimində çıxış edərkən deyib.

PA rəsmisi qeyd edib ki, Ümummilli lider Heydər Əliyev son 200 ildə Azərbaycan xalqına qarşı törədilən qırğınlar haqqında danışarkən deyirdi ki, ermənilərlə qonşuluq daimi Azərbaycan qarşısında bir geosiyasi vəzifə qoyur ki, biz onu unutmamalıyıq: "Adətən qonşu ölkələr bir-birinin inkişafına töhfə verir, ancaq ermənilərlə qonşuluq bizə yalnız problemlər, mədəniyyətimizin dağıdılma təhlükəsi, xaqlmıza qarşı soyqırım, təhlükəsizliyimizə təhdid yaradıb. Bizim geosiyasi vəzifəmiz isə ermənilərdən tariximizi, mədəniyyətizmizi, fiziki varlığımızı, gələcək inkişafımızı qorumaq vəzifəsi qoyur. Bəzən biz xristian dünyasında ermənipərəst dairələrə başa salırıq, lakin onlar xristian-müsəlman ayrı-seçkiliyi fonunda bizə şübhə ilə yanaşırlar. Ona görə də biz çox işlər görməliyik ki, ermənilərin saxtakarlığını üzə çıxaraq".

Ə.Həsənov qeyd edib ki, dünyaya Qarabağ, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar 2 alternativ mənbədən yayılır: "Onlardan biri ermənilər tərəfindən yayılan saxta, uydurma, vandal məlumatlar, digəri isə bizim tərəfimizdən dünyaya çatdırılan həqiqi məlumatlardır. Lakin görülən işlər yetərli deyil. Biz ermənilərin vikipediya, google və digər virtual transmilli məlumatlarının 100 dəfə artığını yerləşdirməli, onlardan 100 dəfə artıq fəaliyyət göstərməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə