Tahir Rzayev: “İran prezidentinin Ermənistana səfəri İslama ziddir” MÜNASİBƏT

Tahir Rzayev: “İran prezidentinin Ermənistana səfəri İslama ziddir” MÜNASİBƏT

"İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərini heç də yaxşı qiymətləndirmirəm. Ona görə ki, islamda, islami dəyərlərdə təcavüzkar, əli insan qanına batan, insanlara zülm edən adamlar həmişə lənətləniblər". Bunu SİA-ya millət vəkili Tahir Rzayev deyib.

Deputatın sözlərinə görə, hər kəs də bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və yüz minlərlə insan şikəst olub, öldürülüb: "Bu gündə bunlar davam edir. Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmir. İran prezidentinin belə bir ölkəyə səfər etməsi və onunla əməkdaşlıq etməsi islami dəyərlərə, İslama ziddir. O "Qurani-Kərimdə", dində, İslamda şərh olunan müddəalara tamamilə əksdir. Bu baxımdan da səfəri yaxşı qiymətləndirmirəm. Ola bilər ki, Ermənistana kimsə gedə bilərdi amma İran prezidentinin bütün çıxışlarında islami dəyərləri yüksək qiymətləndirməsi və buna rəğmən ora səfər etməsi, əməkdaşlıq etməsi qəbul olunmazdır".

Bütün xəbərlər Facebook səhifəmizdə