“Bu hadisəni Rusiya-Türkiyə yaxınlaşmasından narahat olan qüvvələr törədib Yusif Çinar

“Bu hadisəni Rusiya-Türkiyə yaxınlaşmasından narahat olan qüvvələr törədib Yusif Çinar

"Rusiya səfirinin öldürülməsi sadə bir hadisə deyil. Çünki diplomatlar son ana qədər gedəcəkləri yerdə təhlükəsizlik baxımından hər hansı bir problem olmayacaqsa, iştiraka razılıq verirlər. Çox vaxt proqramı ən yaxın mühafizəçilər belə son anda öyrənirlər. Bu mənada 22 yaşlı bir gəncin səfiri öldürməsi ciddi araşdırma tələb edir". Bunu SİA-ya açıqlamasında Türkiyədəki "Strategic Outlook" Araşdırmalar Mərkəzinin prezidenti Yusif Çinar deyib. O xatırladıb ki, 15 iyul dövlət çevrilişinə cəhd FETÖ terror təşkilatı tərəfindən hazırlanmışdı: "Hökumət 15 iyuldan sonra bir çox polis işçisini FETÖ ilə əlaqəli olması səbəbi ilə işdən uzaqlaşdırdı. Lakin bəzi FETÖ mənsubu olan polislərin hələ də gizli olaraq vəzifədə qalmaları barədə məlumatlar var, amma adları dəqiqləşməyib. Bu hərəkəti terroristin təkbaşına planlaşdırmadığını düşünürəm. O, mütləq şəkildə xarici kəşfiyyatla əlaqəli müəyyən bir qrup tərəfindən istiqamətlənib. Terrorçu qətl hadisəsini çox vacib bir məqamda həyata keçirdi. Yəni bir tərəfdən "Türk axını" layihəsi gələn il 9 yanvarda Dumada təsdiqlənəcək, digər tərəfdən isə dünən Türkiyə, Rusiya və İran XİN rəhbərləri Suriya mövzusunda Moskvada bir araya gəldilər. Bu hücumun Rusiya- Türkiyə yaxınlaşmasından narahat olan qüvvələr tərəfindən həyata keçirildiyini düşünürəm".

Politoloqa görə, bu hadisəni planlaşdıranlar Türkiyənin "zəif bir dövlət" olduğu fikrini yaratmağa çalışıblar, çünki səfirin qətlindən əvvəl İstanbul və Kayseridə PKK tərəfindən terror hadisələri törədilmişdir: "Səfirin öldürülməsi ilə Rusiyaya göz dağı vermək istəyiblər. Son dövrdə Rusiyanın Suriya böhranı daxil olmaqla dünya siyasətindəki rolu əhəmiyyətli dərəcədə artıb. ABŞ mətbuatı Rusiyanın bu gücünün artmasında Obama rəhbərliyini günahlandırmışdır. Yeni seçilmiş prezident Trampın Putinə münasibəti müsbətdir. Tramp Rusiya ilə yaxşı əlaqələrə sahib olan Exxon mobil CEO-nun rəhbərini xarici işləri naziri təyin edəcəyini bildirib".

Y.Çinar əlavə edib ki, Rusiya hadisə baş verən andan Türkiyənin səmimiyyətinə inandığını bəyan etdi: "Çünki təyyarə insdentindən sonra Türkiyə və Rusya münasibətlərinin əvvəlki vəziyyətə gətirilməsi üçün xeyli səylər göstərilmişdi. Buna rəğmən münasibətlərin əvvəlki vəziyyətə çatdırılması üçün zamana ehtiyac olduğu bildirildi. Səfirin qətli iki məqsədlə törədilə bilər; birincisi, Türkiyədə xaos vəziyyətini artıraraq, Ankaranın NATO-ya daha çox möhtac bir hala gətirilməsi, ikincisi isə Qərbdə Türkiyənin tamamilə zəif dövlət olması fikrini yaratmaq. Bu iki siyasi məqsəd Türkiyə xarici siyasəti ilə tamamilə ziddiyyət təşkil edir. Hazırda Türkiyə təkcə Qərb deyil, Şərq dövlətlər ilə əlaqələri inkişaf etdirməyə çalışır". Politoloq hesab edir ki, Suriya münaişəsi həllini tapmadan Orta Şərqdə vəziyyətin normallaşacağı gözlənilən deyil: "Rusya da anlayır ki, Suriya böhranı aradan qalxmasa, bölgədə rifah, inkişaf olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə