Ruhaninin Ermənistana səfərində nələr müzakirə olunacaq?

Ruhaninin Ermənistana səfərində nələr müzakirə olunacaq?

İran prezidenti Həsən Ruhani erməni həmkarı Serj Sarkisyanın dəvəti ilə bu gün İrəvana rəsmi səfər edəcək. SİA-nın verdiyi məlumata görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Xəbərdə bildirilir ki, Ruhani Ermənistana səfəri zamanı Serj Sarkisyan və baş nazir Karen Karapetyanla görüşəcək.

Səfər zamanı müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair bir neçə sənədin imzalanması nəzərdə tutulub. Prezidentlərin danışıqların yekunlarına dair mətbuat üçün bəyanatlar verməsi, Ermənistan-İran biznes-forumunda iştirak etməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə