Rusiya ilə münasibətlərin korlanmasına imkan verməyəcəyik Ərdoğan
Türkiyə heç kimə imkan verməyəcək ki, Rusiya ilə münasibətləri korlasın. SİA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avrasiya tunelnin açılış mərasimində deyib. O bildirib ki, dünən axşam bizə əmanət olan Rusiyanın Ankaradakı səfiri xaincəsinə kürəyindən vuruldu: "Kürəkdən vurmaq xain işidir. Təbii ki, o xain törətdiyi əməlin əvəzini ödədi. Araşdırmalar aparılır, bəzi məlumatlar üzə çıxmağa başladı".
Ərdoğan deyib ki, hər iki ölkə bu hadisənin Rusiya-Türkiyə münasibətlərinə qarşı açıq bir təxtibat olması fikrini bölüşür: "Rusiya ilə ortaq araşdırma komissiyası yaradılıb. Heyətimiz artıq çalışmağa başlayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB