Moskvada Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş başlayıb. SİA-nın "anadolu" agentliyinə istinadən məlumatına görə, Çavuşoğlu Rusiya XİN-də Ankarada qətlə yetirimiş səfir Andrey Karlovun xatirəsini yad edib.
Çavuşoğlu bildirib ki, Ankara Rusiya ilə birgə Suriyada siyasi yolla nizamlanmaya nail olmaq üçün səyləri davam etdirəcək.
"Biz Suriya böhranı ilə bağlı Rusiya ilə birgə işi davam etdirmək niyyətindəyik. Həmçinin, bütün sahələrdə ikitərəfli əməkdaşlığı inkişaf etdirməkdə maraqlıyıq".
Qeyd edək ki, ikitərəfli görüşlərdən sonra Türkiyə, Rusiya və İran XIN bascilarinin üçtərəfli görüşü keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB