Ankaradakı küçəyə qətlə yetirilmiş səfirin adı veriləcək Çavuşoğlu

Ankaradakı küçəyə qətlə yetirilmiş səfirin adı veriləcək Çavuşoğlu

Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirlməsində əsas məqsəd iki ölkənin münasibətlərinə xələl gətirməkdir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada bildirib O deyib ki, səfirin ölümündə günahı olan hər kəs cəzalandırılacaq. XİN rəhbəri əlavə edib ki, Rusiya səfirliyinin Ankarada yerləşdiyi küçəyə səfir Karlovun adı veriləcək: "İndi şəhər sakinləri diplomatik korpusun qarşısına gələrək gül dəstələri qoyurlar. Səfirliklər yerləşən ərazidə təhlükəsizlik təbirləri gücləndirilib, nəqliyyatın hərəkəti tam şəkildə məhdudlaşdırılıb".

Qeyd edək ki, bu gün Rusiyada Türkiyə, Rusiya, İran XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə