Vladimir Dubnov: “Ermənistan Moskvanın icazəsi olmadan düyməyə basa bilməz”

Vladimir Dubnov: “Ermənistan Moskvanın icazəsi olmadan düyməyə basa bilməz”

"Bu yaxınlarda Rusiya baş nazirinin müavini Dmitri Raqozinin Bakıya baş tutmuş səfəri səsli-küylü oldu. Halbuki bu adi səfərlərdən biri idi. Sadəcə, Rusiya Ermənistana müasir silahların satılması barədə Bakının razılığını almaq istəyirdi". SİA-nın verdiyi məlumata görə, bunu 1in.am saytına açıqlamasında "Exo Kavkaza" radiosunun şərhçisi Vadim Dubnov bildirib.

V.Dubnov bildirib ki, Raqozinin Bakıda apardığı danışıqlar çərçivəsində bu yaxınlarda Ermənistana satılmış "İsgəndər" raketlərinə də aydınlıq gətirildi: "Düzdür, Rusiya Ermənistana "İsgəndər" raketləri satıb. Amma bu raketlər Ermənistanın Bakıya hücumu üçün nəzərdə tutulmayıb. Ermənistan istəsə belə Moskvanın icazəsi olmasa "İsgəndər"in düyməsini basa bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə