Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Baş katibi Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Andrey Karlovun terror aktı nəticəsində öldürülməsini şiddətlə qınadığını ifadə edib.
Qurumdan SİA-ya verilən məlumata görə, TürkPA üzv dövlətlərinin həmişə terrorizmin hər hansı bir növü və yaxud təzahür formasına qarşı çıxış etdiyini vurğulayan J.Asanov səfirin öldürülməsinə heç bir halda bəraət qazandırıla bilinməyəcəyini və bunun ölkələr arasında mehriban qonşuluq münasibətlərini korlamaq niyyəti güddüyünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB