Arzu Nağıyev: “Sui-qəsd Rusiya-Türkiyə münasibətlərinə xələl gətirməyə hesablanıb” AÇIQLAMA

Arzu Nağıyev: “Sui-qəsd Rusiya-Türkiyə münasibətlərinə xələl gətirməyə hesablanıb” AÇIQLAMA

"Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Yaxın Şərq problemlərini yaxından bilən, tanınmış diplomat idi. Ona qarşı törədilən sui-qəsd Rusiya-Türkiyə münasibətlərinə xələl gətirməyə və Rusiyanı Yaxın Şərqdə gedən antiterror əməliyyatlarında iştirakdan çəkindirməyə hesablanıb". Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.

O qeyd edib ki, terrorçunun ərəb dilində hadisəni Suriya və Hələbə görə törətdiklərini deməsi bunun təxribat, terror olduğunun göstəricisidir: "Məhz Rusiya təmsilçisinin hədəf seçilməsi terroru törədənlərin Rusiyanın Suriyada və Yaxın Şərqdə Türkiyə ilə birgə keçirdiyi əməliyyatlardan narhat olan qüvvələr olduğunu göstərir. Düşünürəm ki, bu hadisələr Türkiyə-Rusiya münasibətinə mənfi təsir etməyəcək. Hər kəs yaxşı bilir ki, Türkiyə belə bir hadisənin baş verməsini və Rusiya ilə əlaqələrinin pozulmasını istəməz".

Bütün xəbərlər Facebook səhifəmizdə