Ankarada Rusiya səfiri Andrey Karlovun sui-qəsdindən sonra ABŞ və İran bu gün Türkiyədəki səfirliklərinin bağlı olacağını elan edib.
SİA-nın türk mətbuatına istinadən məlumatına görə, İran səfirliyi bəyanat yayaraq vətəndaşlardan bu gün İstanbul, Ərzurum və Trabzon baş konsulluqlarına müraciət etməmələrini istəyib.
Bundan başqa, ABŞ-ın Ankara səfirliyi, bu ölkənin Adana və İstanbuldakı baş konsulluqlarının bağlı olacağını bəyan edib.
Qeyd edək ki, bu gün Moskvada Rusiya, Türkiyə və İran XİN rəhbərləri arasında görüş olacağı və Suriyadakı böhranın həll edilməsində vacib qərarlar qəbul ediləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB