Səudiyyə Ərəbistanı səfrin qətlini kəskin şəkildə pisləyib

Səudiyyə Ərəbistanı səfrin qətlini kəskin şəkildə pisləyib

Səudiyyə Ərəbistanı Krallığı Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlə yetirilməsini kəskin şəkildə pisləyib. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı XİN-in bəyanatında deyilir. Bəyanatda vurğulanır ki, bu cinayət diplomatların və beynəlxalq elçilərin mühafizəsi üzrə prinsipləri pozur: "Bu qətl hadisəsi diplomatların, beynəlxalq elçilərin qorunması haqqında beynəlxalq hüquqla ziddiyyət təşkil edir. Krallıq səfirin ailəsinə, Rusiya rəhbərliyinə və xalqına dərin hüznlə başsağlığı verir".

Bütün xəbərlər Facebook səhifəmizdə