"Azərbaycan İstanbul prosesində mühüm rol oynayır" Səfir

"Azərbaycan İstanbul prosesində mühüm rol oynayır" Səfir

Azərbaycanın 2017-ci ildə Asiyanin Ürəyi – İstanbul prosesinə həmsədrliyi və Nazirlər Konfransına ev sahibliyi etməsi Əfqanıstanda sülh və sabitliyin bərpa olunması yolunda sadiqliyinin aydın göstəricisidir. SİA-nın məlumatına görə, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xalil deyib. O bildirib ki, Azərbaycan İstanbul prosesində mühüm rol oynayır: "Ölkələrimiz arasında əməkdaşlıq elə səviyyəyə çatıb ki, regional çağrışlarla bağlı birgə müraciət edə bilirik. Bizim regional problemlər və məsələlərlə bağlı ümumi anlaşmamız var və onları həll etmək üçün qüvvələrimizi birləşdiririk. Azərbaycan rəhbərliyinə və hökumətinə İstanbul prosesində sədrliyinə və nazirlər konfransının keçirilməsi təşəbbüsünə görə təşəkkür edirik. Bu, ölkələrimiz arasında əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsi üçün müsbət addım olacaq. Qeyd edilən əməkdaşlıq regionlal və İslam əməkdaşlığının gələcəyi üçün vacib rol oynayır".

Bütün xəbərlər Facebook səhifəmizdə