"ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Stefan Viskont Azərbaycana səfər etdi. Yeni həmsədrin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasındakı rolunun arta biləcəyini hələ söyləmək bir qədər çətindir". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.
Millət vəkilinin sözlərinə görə, vacib haldır ki, Minsk qrupu çərçivəsində sülh danışıqları prosesi davam etdirilir: "Amma, ümumilikdə düşünürəm ki, bu öz bəhrəsini verə bilər. Təbii ki, bu nə qədər tez olsa bir o qədər Qafqaz regionunda yaşayan insanlar üçün də yaxşı səmərə verə bilər. Əgər ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Stefan Viskont beynəlxalq hüquq prinsiplərinə riayət etsə və öz mövqeyini prinsipial olaraq ortaya qoysa bir çox hallar dəyişə bilər".
R.Rzayev əlavə edib ki, yeni həmsədrdən gözləntilər çoxdur: "Bildiyiniz kimi Azərbaycan Prezidenti İlham Əliyev danışıqlar prosesini aparan şəxsdir. Dövlət başçısı da bilir ki, problem ancaq bu yolla və qısa zamanda öz həllini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB