2016-cı ilin 14 dekabr tarixində Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov Argentinanın ECO Medios AM 1220 radiosunda jurnalist Pablo Qaleanonun təqdimatında yayımlanan və dinləyiciləri müxtəlif ölkələr bağlı məlumatlandıran " Tendensiyalar" verilişinin qonağı olub. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumatına görə, canlı yayımlanan veriliş zamanı R.Aslanov Azərbaycan, onun tarixi, müstəqilliyin bərpasından sonra ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlar, regiondakı rolu, təşəbbüskarı olduğu irimiqyaslı strateji layihələr barədə ətraflı danışıb. Canlı yayımlanan veriliş zamanı R.Aslanov Azərbaycan, onun tarixi, müstəqilliyin bərpasından sonra ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlar, Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi, münaqişə ilə bağlı BMT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən sənədlər barədə ətraflı danışıb.
Verilişin yayımlandığı müddətdə R.Aslanov aparıcı P.Qaleanonun ölkəmizlə bağlı müxtəlif sahələri əhatə edən suallarını cavablandırıb, Azərbaycan-Argentina münasibətləri, ölkəmizin turizm imkanları, zəngin mədəniyyəti, Azərbaycanın multikulturalizm dəyərlərinin təşviqi sahəsində qazandığı nailiyyətlərlə bağlı dinləyiciləri məlumatlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB