Plenar iclas başladı 27 məsələ müzakirə olunur

Plenar iclas başladı 27 məsələ müzakirə olunur

Azərbaycan Milli Məclisinin plenar iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, bugünkü iclasda deputatlar 27 məsələ ətrafında müzakirə aparacaqlar.

Gündəlikdə "2017-ci ilin dövlət büdcəsi", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında" qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları, İnzibati Xətalar, Torpaq məcəllələrinə, "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında", "Avtomobil nəqliyyatı haqqında" qanunlara dəyişikliklər layihələrinin müzakirəsi, bir neçə ölkə ilə imzalanmış sənədlərin ratifikasiyasından ibarət siyahıya Vergilər, Cinayət, Mülki Prosessual məcəllələrinə, "Büdcə sistemi haqqında", "Nağdsız hesablamalar haqqında", "Dövlət rüsumu haqqında" və "İcra haqqında" qanunlara müxtəlif dəyişikliklər layihələri əlavə edilib. Həmçinin gündəlikdə "Hərbi vəziyyət haqqında" qanun layihəsi də var.

Bütün xəbərlər Facebook səhifəmizdə