Azad edilmiş Hələbdən nələr çıxdı? QƏTL, İŞGƏNCƏ...

Azad edilmiş Hələbdən nələr çıxdı? QƏTL, İŞGƏNCƏ...

Suriyanın Hələb şəhərinin "İŞİD", "Ən-Nusra" və digər terror təşkilatarından azad edilməsindən sonra, orada baş vermiş cinayətlərin sənədləşdirilməsi prosesinə başlanılıb. Sənədlərdə mülki vətəndaşlara və terrorçularla əməkdaşlıq etməkdən boyun qaçırmış şəxslərə qarşı ağılasığmaz edamların, işgəncələrin sayı və hansı ərazilərdə keçirilməsini sübut edən çoxsaylı faktlar aktlaşdırılmaqdadır. SİA xəbər verir ki, bu barədə Rusiyanın Baş qərargahının operativ idarəsinin rəsi müavini Viktor Poznixir ölkə KİV-lərinə məlumatında deyib.

"Terrorçuların Hələbdə yaşayan mülki vətəndaşlara qarşı törədilmiş cinayətlərlə bağlı sənədlərşdirmə işlərinə başlanılıb. Silahlıların atıb-qaçdıqları gizli sığınacaqlarda və s. məkanlarda aparılan araşdırmalar zamanı onların özləri tərəfindən lentə alınmış vəhşiliklərini əks etdirən çoxsaylı fotolar, videolar aşkar edilərək götürülüb"-deyə rusiyalı hərbçi qeyd edib.

Onun sözlərinə görə, bunlarla yanaşı, Hələbdəki adminisrativ və yaşayış bunalarının zirzəmilərində terrorçular tərəfindən inşa edilmiş, eləcə də müxtəlif işgəncə vasitələri ilə təchiz edilmiş zindanlar aşkara çıxarılıb.

"Zindanlarda terrorçulara qarşı aksiyalar keçirən, onlarla birgə legitim hakimiyyətə qarşı döyüşməkdən imtina edən insanlara qarşı olmazın vəhşiliklər edilib. Hökumət qüvvələri Hələbin azad edilməsinə yaxın olarkən, bu həbsxanalarda saxlanılan insanlar edam olunublar", - Poznixir bildirib.

O, qeyd edib ki, mülki vətəndaşların etdikləri şahidliyə görə, terrorçulardan azad olunmaq üçün qaçmağa cəhd edən və yenidən yaxalanan hələblilər Suriya hökumətinə simpatizə etdiklərinə görə dəhşətli şəkildə öldürülüblər: "Bu vəhşiliklərdən biri doğma uşaqlarının gözləri önündə valideynlərinin qətlə yetirilməsidir".

General Hələbdə təmizləmə əməliyyatının aparıldığını deyib və bildirib ki, artıq 5 minə yaxın, eləcə də 1529 uşaq daxil olmaqla mülki vətəndaş öz evlərinə geri dönüb.

Poznixir sonda deyib ki, Hələbin azad edilmiş rayonlarında Rusiyanın dəstəyi ilə yerli idarəetmə orqanlarının yaradılmasına başlanılacaq ki, bu da şəhərin sülh həyatına qayıtması üçün ilkin mərhələnin başlanğıcı olacaq.

Xatırladaq ki, bir sıra Qərb ölkələrinin KİV-ləri, eləcə də Suriyanın "mötədil müxalifəti" adı altında silahlandırılan qruplara yaxın olan ərəb ölkələri guya Hələbin azad edilməsindən sonra oradakı insanların Suriya hökumət qüvvələri və Rusiya tərəfindən soyqırımına məruz qalmaları barədə dezinformasiyalar yayırlar. Lakin terrorçularla bağlı ortaya çıxan faktlar və dəlillərə rəğmən, müxalifət tərəfdarları iddiaları ətrafında heç bir sübut gətirməyiblər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə