"Bu gün Azərbaycan-İsrail münasibətləri inkişaf etməkdədir. Çünki Azərbaycanda kifayət qədər yəhudilər yaşayırdı. Azərbaycan Prezidenti İlham Əliyev də İsrailin Baş naziri Benyamin Netanyaho ilə görüşündə də bildirdi ki, ancaq Azərbaycandan İsrailə 70 min Azərbaycan vətəndaşı olan yəhudi köçüb. Eləcə də yeganə dövlətdir ki, Azərbaycan diasporası da ancaq yəhudilərdən ibarətdir". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan-İsrail münasibətlərinin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub: "Bununlada yüksək səviyyədə yaxınlaşmaq səviyyəsi gündəmə gəlib. Hər iki dövlət arasında iqtisadi, siyasi, hərbi və mədəni sahədə əməkdaşlıq olub və olacaq da. Çünki bizi bağlayan tellər çoxdur. Min illərdir ki, yəhudilər burada yaşayır. Biz min illərdir ki, onlarla yaxşı münasibətləri qura bilmişik. Hətta bölgədəki vəziyyəti nəzərə alan Azərbaycan dövləti, ölkə Prezidenti İlham Əliyev bu günə qədər də İsraildə səfirlik açmayıb. Amma bizə qısqanclıqla yanaşanlar əvvəlcə gedib özlərinin səhvlərini düzəltsinlər. Biz bu məsələdə kiməsə qulaq asmamalıyıq. Çünki Azərbaycan tək İsrailə neft satmır. Həmçinin Azərbaycan dövləti müdafiə qabiliyyətinin artırılması üçün İsrailin müasir texnika və texnologiyasından yararlanırıq. Eləcə də İsrail dövləti aqrar sahədə çox böyük işlər görür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB